Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
Far.Az xəbər saytı

Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq


Fransa hökuməti bütün ölkə ərazisində gənclərin əlverişsiz təhsil şəraitinə qarşı kütləvi etirazlarına cavab olaraq təhsil sahəsində görüləcək tədbirləri müəyyən edib.

"Report" xəbər verir ki, bu barədə Fransanın Baş naziri Sebastyan Lekornyu "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, hökumət universitet binalarının təmiri üçün 1 milyard avro, məktəb müəssisələrinin təmiri məqsədilə isə regionlara güzəştli faiz dərəcələri ilə 4 milyard avro kredit ayırır. Həmçinin 2027-ci ildən etibarən inflyasiya nəzərə alınmaqla təqaüdlərin məbləğində dəyişikliklərin edilməsini öhdəsinə götürür.

Bundan başqa, hökumət 2027-2028-ci illərdə ali təhsil sistemində 15 min əlavə yer, habelə müəllimlər üçün əlavə 500, psixoloq, tibb bacısı və sosial işçilər üçün 500 yer vəd edir. Həmçinin siniflərdə uşaqların sayının azaldılması və bir saatlıq nahar fasiləsinin tətbiqi nəzərdə tutulur.

Lekornyu qeyd edib ki, hökumət təhsil sistemində dəyişikliklərin hazırlanması üçün 3 min liseyin müraciətinə baxıb.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər