Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşdı
Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində artım qeydə alınıb.
Far.Az xəbər verir ki, bazar mənbələrinin məlumatına əsasən, "Azeri Light" markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 2,41 ABŞ dolları (2,63 faiz) bahalaşaraq 93,91 ABŞ dollarına yüksəlib.
Hərracların yekununa görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 87,01 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir barelinin qiyməti də 2,42 ABŞ dolları və ya 2,76 faiz artaraq 89,99 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta satış qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" markalı neft üzrə ən aşağı qiymət 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiymət isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilir və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda avtomobil şinləri satılan anbarın fəaliyyəti dayandırıldı
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib













