Sumqayıtda 21 yaşlı gənc itkin düşüb, ailəsi axtarış aparır
Sumqayıt şəhər sakini, 2005-ci il təvəllüdlü Adil Kərimovdan artıq bir həftədən çoxdur ki, xəbər yoxdur.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Məlumata görə, Adil Kərimov iyulun 13-də saat 23 radələrində yaşadığı ünvandan çıxaraq Sumqayıt Bulvarı istiqamətinə yollanıb. Həmin vaxtdan etibarən o, evə qayıtmayıb və yaxınları onunla əlaqə saxlaya bilməyiblər.
Bildirilib ki, gənc evdən çıxarkən əynində ağ rəngli köynək və qara şalvar olub.
Ailəsinin sözlərinə görə, iyulun 14-də itkin düşmə faktı ilə bağlı əvvəlcə Daxili İşlər Nazirliyinin 102- "qaynar xətti"nə məlumat verilib. Daha sonra isə məsələ ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət olunub.
Adil Kərimovun yerini bilən və ya onu görən şəxslərdən 051 614 71 08 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.
Oxşar xəbərlər
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Altı tibb müəssisəsinin yanında minib-düşmə yerləri yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













