Zaur Ramazanov: "Sabah" üçün "KuPS"la matç asan olmayacaq"
Far.Az xəbər saytı

Zaur Ramazanov: "Sabah" üçün "KuPS"la matç asan olmayacaq"


"Sabah" üçün Finlandiya təmsilçisi "KuPS"la matç asan olmayacaq.

Bunu "Far.Az"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanov deyib.

49 yaşlı mütəxəssis Azərbaycan klubunun bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS" kollektivinə qarşı keçirəcəyi oyundan danışıb:

"Finlandiya çempionatını izləyirəm. Orada çempionat davam edir və rəqibi heç də zəif adlandırmazdım. Düşünürəm ki, "Sabah" üçün asan olmayacaq. Təxminən eyni səviyyəli iki komandadan söhbət gedir. Lakin istənilən halda, öz komandamızı cütün favoriti hesab edirəm. Azərbaycan klubunun mərhələ adlayacağına inanıram. Çünki "Sabah"ın legionerləri daha üstündür".

O, "Sabah"dan gözləntilərinin yüksək olduğunu, avrokuboklarda əsas mərhələyə yükələcəyinə inandığını bildirib:

"Çempionlar Liqasının əsas mərhələsi "Sabah" üçün çətin olar. Lakin minimum Konfrans Liqasına düşəcəyinə inanıram. Çünki komandanın heyətlərində yaxşı futbolçular var".

Qeyd edək ki, "Sabah" - "KuPS" matçı bu gün, saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər