Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Fikrət Cəfərova direktor vəzifəsinin icrası tapşırılıb. Bu barədə mediada məlumat yayılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Fikrət Cəfərovun direktor vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
Qurumdan qeyd olunub ki, xidməti zərurətlə əlaqədar direktor vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilib.
Xatırladaq ki, iddiaya görə, Fikrət Cəfərova oktyabrın 8-də TƏBİB-in əvvəlki icraçı direktoru Anar Bayramovun əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Buna səbəb TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin araşdırması zamanı aşkarlanan əmək və icra intizamı pozuntuları göstərilib.
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Şabranda hotelin fəaliyyəti dayandırıldı - yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb













