Gürcüstanın Azərbaycandan balıq idxalına çəkdiyi xərci 4 dəfə artıb
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 300 min ABŞ dolları dəyərində 78 ton balıq (dondurulmuş) idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq 9 dəfə çoxdur.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 29 milyon ABŞ dolları dəyərində 8 min 661 ton balıq alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 25 % çox və 2 % azdır.
Hesabat dövründə Gürcüstan Çilidən 6,2 milyon ABŞ dolları dəyərində 959 ton, İslandiyadan 3,2 milyon ABŞ dolları dəyərində 936 ton, Amerika Birləşmiş Ştatlarından 2,99 milyon ABŞ dolları dəyərində 1 min 89 ton, Norveçdən 2,35 milyon ABŞ dolları dəyərində 554 ton, Danimarkadan 1,43 milyon ABŞ dolları dəyərində 384 ton balıq alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
Hüquqşünas alimə cinayət işi açıldı
-
Avtovağzal Kompleksi yaxınlığında su borusunda qəza - Aidiyyəti qurum hərəkətə keçdi
-
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib
-
ABŞ Konqresi 1,15 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib













