İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
"İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarının Şuşaya səfəri başa çatıb.
Far.Az report-a istinadən xəbər verir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutan səfərin iştirakçıları ilk olaraq yaşayış kompleksini ziyarət ediblər.
Qonaqlar daha sonra Şuşa işğaldan azad edildikdən sоnra əsaslı təmir olunan şəhər kilisəsinə baş çəkiblər, həmçinin Üzeyir Hacıbəyli, Bülbül və Xurşudbanu Natəvanın güllələnmiş büstlərinə baxıblar, Şuşanın qala divarları önündə xatirə fotoları çəkdiriblər.
Şuşa həbsxanasını da ziyarət edən qonaqlara onun tarixi barədə məlumat verilib. Qarabağın işğalı zamanı əsir və girov götürülmüş 350 azərbaycanlının burada işgəncələrlə qətlə yetirildikləri bildirilib. O da qeyd edilib ki, vaxtilə həbsxanada saxlanılan 144 nəfərin taleyindən hələ də xəbər yoxdur. İşğaldan azad edildikdən sonra həbsxananın həyətində aşkarlanan 2 kütləvi məzarlıqdan 31 nəfərin qalıqlarının tapıldığı da onların diqqətinə çatdırılıb.
Bununla qonaqların Şuşaya səfəri başa çatıb.
*** 15:10
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçıları Şuşa şəhərində olublar.
Far.Az report-a istinadən xəbər verir ki, qonaqlar Şuşaya səfərlərini yaşayış kompleksini ziyarətlə başlayıblar.
Onlar uzun illərdən sonra doğma yurduna dönən sakinlərlə söhbət ediblər.
Qonaqlar səfər proqramı əsasında Şuşanın gəzməli yerlərində olacaq, tarixi məkanları ziyarət edəcəklər.
Qalereya
Oxşar xəbərlər
Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da mina partlayışı zamanı yaralanıb
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir
-
Türkiyə və Suriya rəsmiləri ikitərəfli əməkdaşlığı və regional sabitliyi müzakirə ediblər













