Valdas Dambrauskas: "KuPS"la matçda qol fürsətlərinu boşa xərclədiyimiz üçün məyusam"
Far.Az xəbər saytı

Valdas Dambrauskas: "KuPS"la matçda qol fürsətlərinu boşa xərclədiyimiz üçün məyusam"


"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Finlandiya təmsilçisi "KuPS"la matçda qol fürsətlərini boşa xərclədiyi üçün məyusdur.

"Far.Az"un məlumatına görə, bu barədə "bayquşlar"ın çalışdırıcısının özü mətbuat konfransında deyib.

Mütəxəssis Bakıda Finlandiya təmsilçisi "KuPS"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Komandamızı qələbə münasibəti ilə təbrik edirəm. Bu, çox möhtəşəm duyğudur. Azarkeşlərə də öz təşəkkürümü bildirirəm. Lakin bir balaca məyusam. Çünki bir çox qol fürsətlərini boşa verdik. Hər iki hissədə üstün oynadıq. Qarşılaşmanın son anlarında da bizim bəxtimiz gətirdi. Rəqib az qala hesabı bərabərləşdirə bilərdi. İndi bizi səfərdə çətin cavab görüşü gözləyir. Bu gün yararlana bilmədiyimiz qol fürsətlərindən səfərdə maksimum istifadə edəcəyik".

Qeyd edək ki, "Sabah" - "KuPS" matçı Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər