1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar XidmətlərAgentliyi ilə "Azərsun Holdinq" arasında əməkdaşlıqçərçivəsində 1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə İmişli Şəkər Zavodunda jurnalistlər üçün maarifləndirici təlim keçirilib.
Far.Az xəbər verir ki, təlimin əsas məqsədi "Azərbaycan Respublikasında kəndtəsərrüfatı, balıqçılıq və akvakultura məhsullarınınistehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın prioritet istiqamətlərini media nümayəndələrinə daha ətraflı çatdırmaq, aqrar sahə üzrə bilik və məlumatlılığı artırmaq, eləcə də proqramın məqsəd və vəzifələrinin ictimaiyyətə düzgün və dolğun şəkildə təqdim olunmasına töhfə vermək olub.
Təlim proqramına uyğun olaraq, ilk olaraq, "AzərsunHoldinq"in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov çıxış edərək holdinqin fəaliyyəti, əsas fəaliyyət istiqamətləri, aqrar sahə və qida sənayesi ilə əlaqəli fəaliyyəti barədə iştirakçılara məlumat verib.
O, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalının əhəmiyyətinə, aqrar sektorun inkişafında bu istiqamətlərin roluna toxunub.
Təlim çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə tərəfindən"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıqvə akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın əsas müddəaları və prioritet istiqamətləri barədə ətraflı məlumat verilib.
Təqdimatda aqrar informasiya-məsləhət sisteminin formalaşdırılması, inteqrir bitki mühafizəsi tədbirlərinin genişləndirilməsi, zərərli orqanizmlərin aşkarlanması, kənd təsərrüfatı texnikasına texniki nəzarətin təkmilləşdirilməsi və heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması məsələlərinə toxunulub.
Proqramın digər mühüm hissəsi aqrar sahəyə dair termin və anlayışların izahına həsr edilib.
Aqrar XidmətlərAgentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Murtuzəli Hacıyev "Media nümayəndələrinin aqrar sahə ilə bağlı biliklərinin artırılması: aqrar terminlərvə anlayışlar" mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda aqrar sahədə istifadə olunan terminlərin düzgün anlaşılması və işlədilməsi, məlumatların dəqiq təqdim olunması, eləcə də kənd təsərrüfatı ilə bağlı xəbərlərin hazırlanmasında peşəkar yanaşmanın əhəmiyyəti vurğulanıb.
Sonda mövzuların daha yaxşı mənimsənilməsi və iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi məqsədilə təlim çərçivəsində aqrar biliklər üzrə quiz təşkil olunub.
Qalereya
Oxşar xəbərlər
"Azərsun Holdinq" "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
"Azərsun Holdinq" Təmizlik Kağızları Fabrikinə mediatur keçirib
"Azərsun Holdinq" yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
"Azərsun Holdinq" ADEX 2026 sərgisində iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır"













