"Technion": Kibertəhlükəsizlik müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır
Far.Az xəbər saytı

"Technion": Kibertəhlükəsizlik müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır


Kibertəhlükəsizlik artıq sadəcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq üçün missiyadır.

"Report" xəbər verir ki, bunu İsrailin "Technion" İnstitutunun Davamlı Təhsil Mərkəzinin rəhbəri Moti Yeger Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci məzun günündə bildirib.

Onun sözlərinə görə, bir əsrdən artıqdır ki, "Technion" institutu texnologiyanın həyatı yaxşılaşdıra biləcəyinə, cəmiyyətləri gücləndirə və daha yaxşı gələcək formalaşdıra biləcəyinə inanır: "Lakin bu dövr ərzində bir prinsip dəyişməz qalıb: innovasiya yalnız məsuliyyət rəhbər tutulduqda dəyər kəsb edir. Bu gün məsuliyyət əvvəlkindən daha böyükdür. Kritik infrastrukturumuz, strateji aktivlərimiz və güvəndiyimiz bir çox xidmətlər hər gün etibarlı rəqəmsal sistemlərdən asılıdır. Texnologiya əvvəlkindən daha sürətlə inkişaf etdikcə, risklər də eləcə artır. Kibertəhlükəsizlik artıq sadəcə texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumaq üçün bir missiyadır. Bu ilin əvvəlində "Technion" beynəlxalq CS reytinq indeksinə əsasən, süni intellekt sahəsində Avropada birinci, kompüter elmləri üzrə isə dünyanın aparıcı universitetləri arasında yer tutub".

M.Yeger əlavə edib ki, bu tanınma təkcə elmi mükəmməmliklə bağlı deyil, o, innovasiyanı məsuliyyətlə birləşdirən insanların bir əsrdən artıq müddətdə həyata keçirdiyi təhsilini əks etdirir: "Söhbət təkcə texniki təcrübədən deyil, həm də aydın düşünmək, yaranmaqda olan riskləri qabaqcadan görmək, kritik infrastrukturu və strateji aktivləri qorumaq, texnologiyadan müdrikliklə və etik şəkildə istifadə etmək bacarığından gedir".

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər