Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik"
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur".
BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı söyləyib.
Türkiyə prezidenti, həmçinin Ağdamda yeni məktəbin tikintisinə başlanıldığını və gələn il Prezident İlham Əliyevlə birlikdə məktəbin açılışını edəcəyini vurğulayıb:
"Bundan başqa, Ağdamda sahəsi 14 min 500 kvadratmetr olan qırx otaqlı məktəbimizin inşasına da başlandı. İnşallah, gələn il İlham qardaşımla birlikdə açılışını edəcəyik".
Oxşar xəbərlər
Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













