Azərbaycanın Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında hədəfi ilk sıralarda yer almaqdır
Azərbaycanın Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında hədəfi ilk sıralarda yer almaqdır.
"Far.Az"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev deyib.
O, hədəflərinin hər yarışda yüksək olduğunu bildirib:
"Hədəf ən yüksək yerləri tutmaq olmalıdır. Bu yaş keçid dövrüdür. İlk növbədə güləşçinin sağlamlığı önəmlidir. Hədəf ilk sıralarda yer almaqdır, amma bizim üçün prioritet deyil. İdmançıları yuxarı yaş qruplarına hazırlamağa daha çox diqqət yetiririk. Qarşılaşdığın istənilən rəqibə qarşı qələbə qazanmaq iddiasında olmalısan. Lakin idmanın ayrılmaz bir parçası odur ki, həm də sən məğlub ola bilirsən və uduzduğun zaman təəssüf hissi keçirirsən. Bu, səhvlərdən nəticə çıxartmaq, öyrənmək üçün bir imkandır. Ona görə də hansısa bir ölkəni xüsusi fərqləndirmək niyyətimiz yoxdur və belə bir yanaşmamız mövcud deyil".
Xatırladaq ki, dünya çempionatı 27 iyul – 2 avqust aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.
Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib













