Mahir Emreli: "İnanıram ki, qolların davamı gələcək və "Rakuv"a daha çox xeyir verəcəyəm"
Far.Az xəbər saytı

Mahir Emreli: "İnanıram ki, qolların davamı gələcək və "Rakuv"a daha çox xeyir verəcəyəm"


Azərbaycan millisinin üzvü Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" klubunda qollarının davamının gələcəyinə və komandasına daha çox faydalı olacağına inanır.

Bunu "Report"a açıqlamasında 29 yaşlı hücumçu bildirib.

O, UEFA Konfrans Liqasında Malta təmsilçisi "Valletta"ya qarşı keçirdikləri ilk matçda fərqlənməsindən danışıb:

"Qol vurduğuma görə çox şadam. Klubdakı ilk oyunumda fərqləndiyim üçün sevinirəm. Amma əsas olan komandanın qələbə qazanmasıdır. Buna da nail olduq. İnanıram ki, qolların davamı gələcək və "Rakuv"a daha çox xeyir verəcəyəm".

Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında "Rakuv" evdə "Valletta"nı 3:1 hesabı ilə məğlub edib. Mahir Emreli debüt etdiyi matçın 53-cü dəqiqəsində fərqlənməklə komandasının ilk qolunu vurub.

Oxşar xəbərlər

Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub edib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər