Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
ABŞ Prezidenti Donald Tramp İranla müharibə başa çatdıqdan sonra ölkədə benzinin qiymətinin münaqişə başlamazdan əvvəlki göstəricidən də aşağı düşəcəyini bildirib.
"Far.Az" xəbər verir ki, Amerika lideri bu barədə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
"Bu müharibə çox tezliklə başa çatacaq. Müharibə bitdikdən sonra benzinin qiyməti aşağı düşəcək və münaqişə başlamazdan əvvəlki səviyyədən də ucuz olacaq", – Tramp deyib.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, oktyabrın 17-nə ABŞ-da bir qallon benzinin (3,78 litr) orta qiyməti 4,3 dollar təşkil edib. İranla münaqişənin başlamasına iki gün qalmış isə bu göstərici 2,98 dollar olub.
ABŞ-da dizel yanacağının bir qallonunun qiyməti təxminən 6,52 dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,41 dollar çoxdur.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
Füzulidə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və rəsm sərgisi keçirilib
-
17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı keçirilir
-
Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"













