Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, Krouford İnstaqram hesabında oğlunun ağ-qara fotosunu paylaşaraq onun hər zaman seviləcək gözəl bir ruha sahib olduğunu yazıb.
"Dünyaya mehribanlıq və həssaslıq gətirməsi ilə fəxr edirik", – deyə model qeyd edib.
Krouford oğlunun 27 il ərzində onların həyatında olmasını böyük şans adlandırıb. O, ailəsinə göstərilən dəstəyə və başsağlığı mesajlarına görə təşəkkür edib.
"Yenidən görüşənədək, əziz oğlumuz. Səni əbədi sevəcəyik. Anan, atan və Kayya", – deyə o yazıb.
Presli Gerber anası və kiçik bacısı Kayya kimi modelliklə məşğul olub. O, cəmi 16 yaşında İtaliyanın Moschino brendi üçün podiuma çıxıb.
Son illərdə Gerber psixoloji sağlamlıq problemləri və narkotik istifadəsi barədə açıq danışıb. O, bu mövzularla bağlı sosial şəbəkələrdə mütəmadi videolar yayımlayıb.
Preslinin bacısı Kayya Gerber də qardaşına həsr etdiyi duyğusal məktubu paylaşıb. O, məktubunda uşaqlıq xatirələrindən bəhs edib və qardaşının yoxluğuna alışmağın çətinliyini ifadə edib.
Kayya qardaşının ölümündən sonra onun əşyalarından biri olan sırğanı əlinə aldıqda yaşadığı hissləri də bölüşüb. O, qardaşının olmadığı bir dünyada ona olan sevgisini ifadə etməyi öyrənməyə çalışdığını yazıb.
Qeyd edək ki, Presli Gerber Kaliforniyada reabilitasiya mərkəzində vəfat edib. Onun ölümü həddindən artıq dozadan istifadə şübhəsi ilə araşdırılır. Los-Anceles dairəsinin Tibbi Ekspertiza İdarəsi araşdırmanın davam etdiyini bildirib. Santa-Monika Polis Departamenti isə hadisə ilə bağlı qətl şübhəsinin olmadığını açıqlayıb.
Preslinin atası Rande Gerber iş adamıdır. O, aktyor Corc Kluni ilə birlikdə Casamigos tekila brendinin təsisçilərindən biridir.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış
-
Türkiyə Moskva və Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
-
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?













