Türkiyədə 17 il əvvəl helikopter qəzasında ölən müxalifət liderinin sui-qəsdə uğradığı üzə çıxıb
2009-cu ildə helikopter qəzasında həyatını itirən Türkiyənin müxalifətdəki Böyük Birlik Partiyasının (BBP) sədri və deputat Muhsin Yazıcıoğlunun sui-qəsdə qurban getdiyi üzə çıxıb.
"Far.Az" xəbər verir ki, bu barədə "TRT Haber"in canlı yayımında Türkiyənin ədliyyə naziri Akın Gürlek danışıb.
Nazir bildirib ki, helikopter qəzasından əvvəl həmin ərazidən "F-4" qırıcı təyyarəsinin keçdiyi müəyyənləşdirilib. Onun sözlərinə görə, hadisənin "Fətullahçı" terror təşkilatı (FETÖ) tərəfindən törədildiyinə dair ciddi dəlillər əldə edilib. Belə ki, həmin qırıcının pilotunun həyat yoldaşının barmaq izləri FETÖ-nün "Türk Silahlı Qüvvələrindəki imamı" kimi tanınan və hazırda axtarışda olan Adil Öksüzün evində tapılıb.
"İstintaq nəticəsində əldə olunmuş dəlillər bu işin FETÖ tərəfindən törədildiyi yönündədir. Yazıcıoğlu FETÖ-nün hədəfində idi", - A. Gürlek bildirib.
Qeyd edək ki, 2009-cu ilin martında içində M. Yazıcıoğlunun olduğu helikopter Kahramanmaraş vilayətində qəzaya uğrayıb. Partiya sədrinin və həlak olan digər beş nəfərin cəsədi hadisədən 48 saat sonra tapılıb.
Üzərindən 17 il keçdikdən sonra hadisə ilə bağlı araşdırma yenidən başladılıb və aparılan istintaq nəticəsində 19 nəfər saxlanılıb.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
Senat Trampın İranla müharibədə səlahiyyətlərini məhdudlaşdırmayıb
-
Bakının bəzi hissəsində internet kəsildi
-
Çin Aİ-nin 14 təşkilatını ixrac nəzarəti tətbiq olunan ölkələrin siyahısına daxil edib
-
Bilgəhdəki çimərlik zibildən təmizləndi













