Amazon peyklərinin olduğu raket buraxılışdan dərhal sonra qəzaya uğrayıb
"United Launch Alliance" (ULA) şirkətinə məxsus "Vulcan" daşıyıcı raketi startdan təxminən 10 dəqiqə sonra qəzaya uğrayıb.
"Far.Az" xəbər verir ki, bu barədə ULA "X" sosial şəbəkəsində məlumat yayıb.
"Space Launch Complex 41" meydançasından buraxılan "Vulcan" daşıyıcı raketinin uçuşunun 10-cu dəqiqəsində qeyri-adi vəziyyətin baş verdiyini təsdiqləyirik. Nəticədə "Amazon" şirkətinin missiyası üçün nəzərdə tutulan faydalı yük orbitə çıxarılmayıb", - məlumatda bildirilib.
İlkin məlumata görə, nasazlıq raketin yuxarı pilləsinin işində baş verib.
Hadisənin səbəbləri araşdırılır.
Şirkət uçuş çərçivəsində internetə çıxışı təmin edən 40 ədəd "Amazon Leo" peykini orbitə çıxarmağı planlaşdırırdı. Ümumilikdə layihə çərçivəsində Yerətrafı orbitə 3 mindən çox peykin göndərilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Adi mumdan qeyri-adi sənət nümunələri yaradan azərbaycanlı ustad
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













