"SpaceX" şirkəti "Starship" gəmisinin 13-cü sınaq uçuşunu həyata keçirib
Far.Az xəbər saytı

"SpaceX" şirkəti "Starship" gəmisinin 13-cü sınaq uçuşunu həyata keçirib


ABŞ-nin "SpaceX" şirkəti 13-cü sınaq uçuşu çərçivəsində "Starship" kosmik gəmisinin prototipi ilə daşıyıcı raketin buraxılışını həyata keçirib.

"Far.Az" xəbər verir ki, buraxılışın yayımı "X" sosial şəbəkəsində aparılıb.

Raket Texas ştatındakı "Starbase" kosmodromundan ABŞ-nin Şərq sahili vaxtı ilə saat 18:51-də (25 iyul Bakı vaxtı ilə 02:51-də) start götürüb. Təxminən bir saat sonra aparat Hind okeanında suya eniş edib.

Missiya zamanı şirkət gəminin yük bölməsindən "V3" versiyalı 20 "Starlink" peykini çıxarıb ki, onlardan da altısı "Starship"in istilikdən qoruyucu ekranının vəziyyətinin monitorinqi üçün nəzərdə tutulub.

"Əvvəlcə buraxılış iyulun 16-na planlaşdırılmışdı, lakin bir neçə mühərrik işə düşmədiyi üçün avtomatik ləğv edilmişdi", - "SpaceX"in rəhbəri İlon Mask bildirmişdi. Şirkət təkrar cəhdi iyulun 23-də həyata keçirmək niyyətində idi, lakin əlverişsiz hava şəraitinə görə onu bir sutka təxirə salıb.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz avtomobillər satışa çıxarlır - QİYMƏTLƏR
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər