Dani Alveş Qvardiolanın "Barselona"dakı iş prinsipindən danışdı: "Pep bizə bunu öyrədirdi"
Far.Az xəbər saytı

Dani Alveş Qvardiolanın "Barselona"dakı iş prinsipindən danışdı: "Pep bizə bunu öyrədirdi"


"Barselona"nın sabiq müdafiəçisi Dani Alveş Kataloniya klubunda birlikdə çalışdığı baş məşqçi Pep Qvardiolanın ona və komanda yoldaşlarına verdiyi dərslərdən danışıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu Qvardiolanın məşq prosesində fərdi yanaşmaya xüsusi önəm verdiyini bildirib.

"Bir detalı danışım. Adətən futbolçular bazar günü oynayırlarsa, bazar ertəsi məşq etmirlər. İstirahət edir, masaja gedir və bərpa prosedurlarından keçirlər. Mən isə məşq edirdim, çünki bunu özüm üçün istirahət hesab edirdim. Pep deyirdi: "Bu oğlan bir az dəlidir", amma bunu qəbul edirdi.

Mən ona belə cavab verirdim: "Bazar günü demək olar ki, heç nə etməmişəm, deməli, bazar ertəsi heç olmasa nəsə etməliyəm". Buna görə də oyunda iştirak etməyən futbolçularla birlikdə məşq edirdim", - deyə Alveş bildirib.

Keçmiş müdafiəçi Qvardiolanın komandaya aşıladığı əsas prinsiplərdən birinin isə hər bir futbolçunun öz vəzifəsinə fokuslanması olduğunu vurğulayıb:

"Pep bizə öyrədirdi ki, öz iş sahən sənə kifayətdir, üzərinə düşən vəzifəni yerinə yetirməyin yetərlidir. Başqasının işini görməyə çalışma".

Qeyd edək ki, Dani Alveş "Barselona"da 2008-2016-cı illərdə, daha sonra isə 2021-ci ilin noyabrından 2022-ci ilin iyununa qədər çıxış edib. Qvardiola isə 2008-2012-ci illərdə Kataloniya klubuna rəhbərlik edib.

Qvardiolanın "Barselona"da çalışdığı dövrdə komanda 14 titul qazanıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanov
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər