Gürcüstanda Zəlimxan Yaqubun ev-muzeyinin təməli qoyulub
Far.Az xəbər saytı

Gürcüstanda Zəlimxan Yaqubun ev-muzeyinin təməli qoyulub


Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi – Qeyd) kəndində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun doğulub boya-başa çatdığı ata ocağında onun ev-muzeyinin yaradılmasına başlanılıb və muzey binasının təməli qoyulub.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, təməlqoyma mərasimində çıxış edənlər bildiriblər ki, Zəlimxan Yaqub doğma Kəpənəkçi kəndində "Poeziya Evi"nin yaradılmasını arzulayırdı.

Qeyd olunub ki, gələcəkdə ev-muzeyi saz-söz sənətinin, poeziyanın yaşadıldığı mühüm mədəniyyət ocaqlarından birinə çevriləcək. Burada böyük şairin həyat yolu, yaradıcılığı və zəngin ədəbi irsi nümayiş etdiriləcək, müxtəlif ədəbi tədbirlər, görüşlər və yubiley mərasimləri keçiriləcək.

Tədbirdə iştirak edən Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze "Far.Az"un Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Zəlimxan Yaqubun ev-muzeyinin yaradılması böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, şair Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, Azərbaycan-Gürcüstan dostluğunun da simvollarından biridir.

"Bu gün burada, Kvemo-Bolnisidə çox əlamətdar bir gündür. Zəlimxan Yaqubun ev-muzeyinin təməli qoyuldu. Bu iş üçün kənd sakinləri, bolnisililər və çoxlu sayda insan böyük zəhmət çəkib".

L.Mamaladze əmin olduğunu bildirib ki, Gürcüstan dövləti də bu layihəyə layiqli qiymət verəcək və ev-muzeyi istifadəyə verildikdən sonra ona dəstək göstərəcək: "Biz Zəlimxan Yaqubla fəxr edirik. O, Azərbaycanın böyük ictimai xadimi, xalq şairidir və eyni zamanda Gürcüstanın yetirməsidir. Bizim üçün böyük qürur mənbəyidir ki, Gürcüstandan çıxmış, Azərbaycan-Gürcüstan dostluğunun rəmzinə çevrilmiş belə bir insanın ev-muzeyinin təməli bu gün qoyuldu".

Qeyd edək ki, Zəlimxan Yaqubun ev-muzeyi gələcəkdə həm şairin irsinin təbliğinə, həm də Azərbaycan və Gürcüstan arasında ədəbi-mədəni əlaqələrin daha da inkişafına xidmət edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ov tüfəngi, musiqi qutusu və heykəlciklər - Xalq şairi Rəsul Rzanın Bakıda yerləşən ev-muzeyi
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər