Azərbaycanda son 7 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb
Far.Az xəbər saytı

Azərbaycanda son 7 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb


Azərbaycanda 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayında Azərbaycan Dövlət Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 20,5 % artaraq 3,2 milyard ABŞ dollarına çatıb ki, bunun 60 %-i sənaye məhsullarıdır.

"Fondun qızıl əməliyyatları nəzərə alınmadan xarici ticarət saldosu 25 % artaraq 7,1 milyard ABŞ dolları profisitlə formalaşıb. Bu ilin oktyabrın 1-nə strateji valyuta ehtiyatları 2018-ci ilin sonu ilə müqayisədə iki dəfə artaraq 89,4 milyard ABŞ dollarına çatıb. Bu göstərici illik ümumi daxili məhsulun həcmini 20 dəfə üstələyir. Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı da bu dövrdə təxminən iki dəfə artaraq ümumi əmək müqavilələrinin 56,5 %-ni təşkil edib".

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
Baku Steel Company "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər