Serbiyalı basketbolçu NBA tarixində unikal rekorda imza atıb
Far.Az xəbər saytı

Serbiyalı basketbolçu NBA tarixində unikal rekorda imza atıb


"Denver" klubunun üzvü Nikola Yokiç ABŞ-nin Milli Basketbol Assosiasiyasının (NBA) tarixində unikal rekorda imza atıb.

"Report"un məlumatına görə, 29 yaşlı oyunçu buna "Minnesota"ya uduzduqları (116:119) qarşılaşmada nail olub.

Serbiyalı idmançı müntəzəm mövsümdə ilk beş görüşdə 152 xal, 58 ribaund və 50 məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, Yokiç startdakı beş oyunda 150 xal, 50 ribaund və 50 assist həddinə çatan ilk basketbolçudur.

Qeyd edək ki, təcrübəli oyunçu son qarşılaşmada 26 xal, 9 ribaund və 13 məhsuldar ötürmənin müəllifi olub.

Oxşar xəbərlər

ABŞ klubunun basketbolçusu unikal nailiyyətə imza atıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Baş katib: Azərbaycan Basketbol Liqasının səviyyəsi ildən-ilə artır - MÜSAHİBƏ
Rusiyalı hokkeyçi NHL-də yeni uğura imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər