Yohan Vadeful: "Azərbaycan Almaniya və Avropanın etibarlı və mühüm enerji təchizatçısıdır"
Azərbaycan Avropanın böyük bir hissəsi, o cümlədən Almaniya üçün enerji resurslarının, ilk növbədə, neftin mühüm və etibarlı təchizatçısıdır.
"Far.Az" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Almaniya üçün əhəmiyyəti ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxır, çünki Cənubi Qafqaz regionu həm də Avropa ölkələrinin əhəmiyyətli həcmdə xammal və digər zəruri resurslar əldə etdiyi Mərkəzi Asiya ilə birləşdirici halqa rolunu oynayır.
"Azərbaycan Avropanın böyük bir hissəsi, o cümlədən Almaniya üçün enerji resurslarının, ilk növbədə, neftin mühüm təchizatçısıdır. Rusiya tədarükündən daha çox müstəqil olmalı olduğumuz bir dövrdə isə bizə etibarlı təchizatçılar lazımdır, Azərbaycan da onların sırasına daxildir. Gələcəkdə bu əməkdaşlığın dayanıqlığı və genişlənməsi iqtisadiyyatımızın, eləcə də münasib qiymətə enerjiyə ehtiyacı olan istehlakçıların maraqlarına cavab verir", - XİN başçısı bildirib.
Almaniya tərəfinin Azərbaycana səfəri zamanı tədarük həcmlərinin artırılması mümkünlüyü ilə bağlı konkret danışıqlar apara bilib-bilmədiyi barədə suala Y. Vadeful müsbət cavab verib.
"Bəli, müvafiq razılaşmalar artıq əldə olunub və onların icrasına gələn il başlanacaq. Bu əməkdaşlıq davam etdirilməli və genişləndirilməlidir. Bunun üçün siyasi təməl lazımdır - xarici işlər naziri kimi mən məhz bununla məşğul oluram. Bütün digər məsələlər özəl şirkətlər tərəfindən razılaşdırılacaq. Lakin biz bu prosesi dəstəkləyirik", - o əlavə edib.
Nazir həmçinin vurğulayıb ki, qlobal qeyri-müəyyənlik şəraitində Avropaya ticarət və enerji təchizatında etibarlı tərəfdaşlar lazımdır: "Hesab edirəm ki, Cənubi Qafqaz onların sırasına daxildir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir













