Avtomobillərin cərimə meydançasına aparılması xərclərinin geri qaytarılması proseduru müəyyənləşib
Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması qaydası təsdiqlənib.
"Far.Az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydaya əsasən, aşağıdakı hallarda ödəniş nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq:
- nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə;
- inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə.
Bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərinə əsasən qəbul edilən qərar barədə nəqliyyat vasitəsinin sahibinə məlumatın rəsmi çatdırıldığı gündən sonra nəqliyyat vasitəsinin duracaqda qaldığı müddət üçün hesablanan ödəniş geri qaytarılmır.
Ödənişin qaytarılması üçün sahib inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsinə səbəb olan inzibati xəta haqqında protokol (elektron protokol) və (və ya) inzibati tənbeh tətbiq etmə barədə qərar (elektron qərar) qəbul etmiş orqana (vəzifəli şəxsə) bu qaydanın əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməlidir.
Ərizə təqdim edilən orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.
Bu qayda Azərbaycan ərazisində fəaliyyət göstərən bütün mühafizə olunan duracaqlara şamil edilir.
Oxşar xəbərlər
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq? - ŞƏRH
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Nəqliyyat vasitələrinin cərimə meydançasına gətirilməsi və orada saxlanılması qaydaları müəyyənləşir
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
"Liverpul" Georgi Mamardaşvilini növbəti mövsümdə icarəyə verməyi planlaşdırır
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi













