Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib
Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib.
"Far.Az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi imzalayıb.
Aavtomagistral anlayışının çərçivəsində də dəyişiklik edilib. Belə ki, bu Qanunla avtomagistral - bu qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur.
Yeni əlavə edilən anlayışla nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Həmçinin bu maddənin birinci hissəsinin 9-cu və 10-cu bəndlərinə uyğun olaraq mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq.
Bundan başqa, təsdiqlənən "Avtomobil yolları haqqında" qanuna dəyişikliklə minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı ödənişli avtomagistrallarda - sürət həddi saatda 130 kilometrdən çox, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli avtomagistrallarda maksimum sürət saatda 90 kilometrdən çox olmamalıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Pullu avtomagistrallarda maksimum sürət 130 km/saat olacaq
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













