Azərbaycanın Elit kateqoriyalı hakimləri fitness testini uğurla başa vurublar
AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsi tərəfindən yeni futbol mövsümünə hazırlıq planına uyğun olaraq, Elit kateqoriyalı baş hakim və köməkçi hakimlər üçün növbəti fiziki normativ üzrə fitness test təşkil edilib.
Bu barədə "Report"a AFFA-dan məlumat verilib.
İyulun 26-27-də "Neftçi"nin təlim-məşq bazasında baş tutan sınaqlar UEFA və FIFA-nın müasir tələblərinə uyğun şəkildə keçirilib. Fitness testlərin əsas məqsədi Elit kateqoriyalı hakimlərin sürət, dözümlülük, çeviklik və yüksək intensivlikli qaçış göstəricilərini qiymətləndirmək, eləcə də onların gərgin matçlara fiziki baxımdan tam hazır olub-olmadıqlarını yoxlamaqdır.
Hakimlər FIFA standartlarına cavab verən xüsusi qısamüddətli sürətlənmə (sprint) və interval qaçış normativlərini yerinə yetiriblər. Testlərin nəticələrinə əsasən, hakimlərin hamısı müəyyən olunmuş normativləri uğurla tamamlayaraq yüksək fiziki hazırlıq nümayiş etdiriblər.
AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsi hakimlərin fiziki və nəzəri hazırlıq səviyyəsinin daim yüksək saxlanılması, matç idarəçiliyində keyfiyyətin artırılması istiqamətində bu cür yoxlamaları mövsüm ərzində də davam etdirəcək.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub













