Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR
Far.Az xəbər saytı

Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR


Kartdan-karta pul köçürmələri ilə bağlı müzakirə olunan məhdudiyyətlər vətəndaşların gündəlik maliyyə əməliyyatlarına təsiri baxımından müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, bank əməliyyatlarına nəzarətin gücləndirilməsi iqtisadi şəffaflığın artırılması baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, şəxsi pul köçürmələri ilə sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirilən əməliyyatlar bir-birindən fərqləndirilməlidir:

"Vətəndaşın gün ərzində bir neçə dəfə pul köçürməsi etməsi onun mütləq kommersiya fəaliyyəti ilə məşğul olduğunu göstərmir. İnsanlar ailə üzvlərinə vəsait göndərə, borc qaytara, övladlarının təhsil və yaşayış xərclərini ödəyə bilərlər".

Vüqar Oruc vurğulayıb ki, banklar əməliyyatları qiymətləndirərkən vəsaitin mənbəyini, köçürmələrin müntəzəmliyini və təyinatını nəzərə almalıdırlar:

"Maliyyə nəzarəti qanuni əməliyyatlar üçün əlavə bürokratik maneəyə çevrilməməli, məhdudiyyətlə üzləşən müştərilər üçün aydın və operativ müraciət mexanizmi yaradılmalıdır".

Mərkəzi Bankın məlumatına görə, real vaxt rejimində hesablaşmalar sistemi üzrə xidmət haqları yuxarı həddi iki dəfə, xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi üzrə isə 1,5 dəfə azaldılıb. Yeni tarif modelində xidmət haqları əməliyyatın həyata keçirildiyi vaxtdan asılı olmayacaq. Ödənişin məbləğinə uyğun intervallar üzrə sabit tariflər tətbiq ediləcək.

Kartdan-karta köçürmələr üzrə yeni xidmət haqları (milli valyuta ilə köçürmələr):

  • 100 manatadək: 0.03 AZN

  • 100 manatdan 1 000 manatadək: 0.1 AZN

  • 1 000 manatdan 10 000 manatadək: 0.5 AZN

  • 10 000 manatdan 40 000 manatadək: 2 AZN

  • 40 000 manatdan yuxarı: 4 AZN

Dollar və avro ilə köçürmələrdə xidmət haqqı:

  • 100 vahidədək: 0.03 dollar / avro

  • 1 000 vahidədək: 0.1 dollar / avro

  • 10 000 vahidədək: 0.5 dollar / avro

  • 40 000 vahidədək: 2 dollar / avro

  • 40 000 vahiddən yuxarı: 4 dollar / avro

Hökumət Ödəniş Portalı üzrə köçürmə məbləği:

  • 100 manatadək: 0.03 AZN

  • 100 manatdan 1 000 manatadək: 0.1 AZN

  • 1 000 manatdan 10 000 manatadək: 1 AZN

  • 10 000 manatdan 40 000 manatadək: 4 AZN

  • 40 000 manatdan yuxarı: 8 AZN

Dəyişikliklər ani ödənişlər sisteminə də aiddir. Ani ödəniş sistemi vasitəsilə ödənişlər günün istənilən vaxtında real vaxtda həyata keçirilir.

Oxşar xəbərlər

Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zakir Nuriyev: "Məqsədimiz maliyyə ekosisteminin daha səmərəli inkişafına töhfə verməkdir"
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər