Azərbaycan mebel idxalına çəkdiyi xərci 22 %-dən çox azaldıb
Far.Az xəbər saytı

Azərbaycan mebel idxalına çəkdiyi xərci 22 %-dən çox azaldıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 87 milyon 852,27 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə 25 milyon 070,12 min ABŞ dolları və yaxud 22,2 % azdır.

Ötən dövr ərzində mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,66 %-ni təşkil edib.

Xatırladaq ki, 9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər