Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşdə iştirak edəcək.
"Far.Az"un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukrayna təmsilçisi İbrahim Nəsibova uduzaraq (3:4) həledici mərhələyə adlaya bilməyib.
Orxan Həbibli sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Xatırladaq ki, O.Həbibli 1/4 finalda özbəkistanlı Sardor Mahmudovu 9:0 hesabı ilə məğlub edib. Təmsilçimiz təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi (8:0), 1/8 finalda isə rumıniyalı Qabriel Lunqunu (18:9) üstələmişdi.
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.
"Far.Az"un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda özbəkistanlı Sardor Mahmudovu 9:0 hesabı ilə məğlub edib.
O.Həbibli təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi (8:0), 1/8 finalda isə rumıniyalı Qabriel Lunqunu (18:9) üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında ikinci qələbəsini qazanıb.
"Far.Az"un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rumıniyalı Qabriel Lunqunu 18:9 hesabı ilə məğlub edib.
O.Həbibli daha əvvəl, təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi 8:0 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB
Dünya çempionatı: Azərbaycan güləşçisi İsfahan Həsənov finala yüksəlib - YENİLƏNİB-3
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













