Belarus Ukrayna ilə sərhəddə yeni desant briqadası formalaşdırır
Far.Az xəbər saytı

Belarus Ukrayna ilə sərhəddə yeni desant briqadası formalaşdırır


Belarus Ukrayna ilə sərhəddə, Qomel yaxınlığında yeni 37-ci desant-hücum bölməsinin formalaşdırılmasını başa çatdırır.

"Report" xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aleksandr İlyukeviç Müdafiə Nazirliyinin "VoenTV" telekanalının efirində bildirib.

"Biz artıq hərbi hissələrin formalaşdırılmasına başlamışıq, bir batalyon hazırdır. Bu il daha bir batalyon, döyüş təminatı bölmələri, artilleriya, zenit və kəşfiyyat hissələri formalaşdıracağıq", - o qeyd edib.

Yeni briqadaya artıq zabitlər cəlb olunub və şəxsi heyət çağırılıb.

Qeyd edək ki, Belarusun cənubunda, Qomel yaxınlığında yeni briqadanın formalaşdırılmasına başlanılması barədə 2025-ci ilin avqustunda məlumat verilmişdi.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Sabah Development: Gələcəyə Addım - Sabah gələcəyi necə formalaşdırır?
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Gürcüstanın Host TV telekanalının rəhbərliyi Baku TV-nin iş prosesi ilə tanış olub
Aleksandr Dümanın baş çəkdiyi Qubanın tarixi abidəsi: "Hündür günbəzli hamam"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər