Seutada miqrasiya böhranının fəsadlarının aradan qaldırılmasına başlanılıb
Aralıq dənizinin Afrika sahilində yerləşən və miqrasiya böhranının episentrinə çevrilmiş Seuta muxtar şəhəri ərazisində vəziyyət tədricən normala qayıdır.
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən "Hespress" portalı yazıb.
Onların məlumatına görə, ərazinin təmizlənməsi, nəqliyyatın hərəkətinin bərpası və iğtişaşların fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Miqrantların polislə toqquşması zamanı yandırılmış avtomobillərin qalıqları ətraf küçələrdən yığışdırılır.
"Bab-Sebta" sərhəd keçid məntəqəsinə Seutanı tərk edən qeyri-qanuni miqrantları yaxınlıqda yerləşən Mərakeşin Fnidek şəhərinə daşıyan mikroavtobuslar çatmağa başlayıb. Seuta və Fnidek arasındakı yol sahəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə bərpa olunub.
Bununla yanaşı, sərhəd keçid məntəqəsində və ətraf ərazilərdə miqrantların Mərakeş ərazisinə qayıtmasına nəzarət edən gücləndirilmiş polis iştirakı qalmaqdadır.
Portalın Mərakeş təhlükəsizlik xidmətlərindəki mənbəsinin məlumatına görə, son günlər "Bab-Sebta" sərhəd keçid məntəqəsi yaxınlığında və Fnidekdə baş verən toqquşmalar zamanı 70-ə yaxın şəxs saxlanılıb. Onlara qarşı, o cümlədən adam öldürməyə cəhd, qəsdən yandırma, dövlət və özəl mülkiyyətə qarşı vandalizm ittihamları irəli sürülüb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
-
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
-
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
-
Avqustun ən təhlükəli günləri - Hansı bürclər ehtiyatlı olmalıdır?
-
Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı dövlətçiliyimizin göstəricisidir - RƏY
-
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib













