"Behzat Ç."nin aktyoru Ərdal Beşikçioğlu həbs edilib
Far.Az xəbər saytı

"Behzat Ç."nin aktyoru Ərdal Beşikçioğlu həbs edilib


Türkiyənin Ankara şəhərinin Etimesqut bələdiyyəsinin sədri, məşhur aktyor Ərdal Beşikçioğlu barəsində həbs qətimkan tədbiri seçilib.

Far.Az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Ərdal Beşikçioğlu da daxil olmaqla ümumilikdə 40 nəfər həbs edilib.

Məlumata görə, Etimesqut bələdiyyə sədri iyulun 30-da korrupsiya iddiaları ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılmışdı.

Qeyd edək ki, Ərdal Beşikçioğlu Türkiyə kinosu və televiziyasının tanınmış simalarından biridir. O, "Behzat Ç. Bir Ankara Polisiyesi", "Köprü" serialları, həmçinin "Barda", "Vali", "Bergen", "Kurtlar Vadisi: Filistin", "Bal" və "Çiçero" filmlərində canlandırdığı obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Oxşar xəbərlər

"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib
Son 25 ilin ən aktual TÜRK SERİALLARI - SİYAHI
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Kinosu Günü münasibətilə silsilə tədbirlərin keçirilməsinə başlanılıb
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər