Fəxrəddin Manafov: "48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"
Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb.
Far.Az "axşam.az"a istinadən xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:
"48 il bir yerdə olduğum, məni qabaqlayıb dünyasını dəyişən qadın mənə qadının necə olduğunu öyrətdi. Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır. Əksinə... Vahidə çox güclü şəxsiyyət idi. Çox ağıllı, mütaliəli, maraqlı insan idi. Vahidə dünyasını dəyişəndə dedim ki, səninlə sona qədər tanış ola bilmədim. Qadın bir gücdür, onu oxumaq, qaldırmaq, anlamaq mümkün deyil. Qadın mənim üçün ən azından əxlaqımdır, yerişimdir, danışığımdır. Qadın məni tərbiyə edir".
F.Manafov əxlaq anlayışından da söz açıb:
"Əxlaq həyata olan münasibətdir. İstəmirəm deyim ki, bu, mədəniyyətdir. Biri var daxili, biri də var öyrənilmiş mədəniyyət. Bundan asılı deyil. Bu, insanda ya var, ya da yoxdur".
Aktyor zamanın sürətlə keçməsindən də bəhs edib:
"Tanrı bizi tələsdirir. Təsəvvür edin ki, 24 saat hər zaman var. Saat eyni gedir, amma işıq və qaranlıq tələsir. Əvvəllər çatdıra bildiyim işi indi eyni vaxtda çatdıra bilmirəm. Nə baş verdiyini bilmirəm. Artıq bələkdə olan uşaq telefonu məndən yaxşı bilir".
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb
-
Tramp ABŞ qoşunlarının regiondan çıxarılması xəbərlərini şərh etməkdən yayınıb
-
Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib
-
Britaniya 2027-ci il seçkilərindən sonra Fransanın siyasi kursunun dəyişməsindən ehtiyat edir
-
Anomal istilərə görə Almaniyada suya sərt qənaət tədbirləri görülür













