Əraqçi: İranın Ağ Evə hücum planlaşdırması ilə bağlı iddialar cəfəngiyyatdır
Far.Az xəbər saytı

Əraqçi: İranın Ağ Evə hücum planlaşdırması ilə bağlı iddialar cəfəngiyyatdır


İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonda (Kolumbiya Dairəsi-red.) kimyəvi silahlardan istifadə etməyi planlaşdırması və bəndlərin altında raket bazaları inşa etməsi ilə bağlı mediada yayılan məlumatları təkzib edib.

"Far.Az" xəbər verir ki, bu barədə A. Əraqçi "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, son 72 saat ərzində İsrailə yaxın media orqanlarında bu iddialarla bağlı xəbərlər dərc olunub.

Əraqçi yayılan məlumatları "cəfəngiyyat" adlandıraraq, onları İraq müharibəsi dövründəki təbliğat kampaniyalarına bənzədib.

O, iddiaların arxasında İsrailin olduğunu irəli sürüb və bu cür məlumatların ictimaiyyət tərəfindən qəbul edilməyəcəyini vurğulayıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər