ATƏT sədri İçərişəhərdə olub, ona qoruğun turizm potensialı barədə məlumat verilib
Far.Az xəbər saytı

ATƏT sədri İçərişəhərdə olub, ona qoruğun turizm potensialı barədə məlumat verilib


Azərbaycana rəsmi səfəri çərçivəsində İsveçrə Konfederasiyasının Vitse-prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis İçərişəhəri ziyarət edib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən "Report"a verilən məlumata görə, qonağı qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud və nümayəndə heyəti qarşılayıb.

Ziyarət zamanı vitse-prezident Qız Qalası, Şirvanşahlar Saray Kompleksi və Sıratağlı dini-memarlıq kompleksi ilə tanış olub.

Eyni zamanda ona İçərişəhərin zəngin tarixi-mədəni irsi, həyata keçirilən bərpa və konservasiya işləri, eləcə də turizm potensialının inkişafı istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər