Azərbaycanəsilli məşhur müğənni niyə gözə dəymir? - Səbəb
Far.Az xəbər saytı

Azərbaycanəsilli məşhur müğənni niyə gözə dəymir? - Səbəb


Azərbaycanəsilli rusiyalı müğənni, məşhur "HammAli & Navai" duetinin keçmiş üzvü "HammAli" (əsl adı Aleksandr Əliyev) son vaxtlar ictimaiyyət qarşısında, demək olar ki, görünməməsinin səbəbini açıqlayıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Threads" platformasında istifadəçilərdən birinin onun hara yoxa çıxdığı və niyə sosial şəbəkələrdə görünmədiyi ilə bağlı sualını cavablandırarkən danışıb.

"Mən buradayam. Hər şey yaxşıdır! Ailəm var. Oğlum dünyaya gəlib. Artıq bir yaşı var! Şou-biznes xoşuma gəlmir və onun bir hissəsi olmaq istəmirəm. Buna görə də ictimai fəaliyyətimi minimuma endirmişəm və sadəcə musiqi yazıram", - deyə ifaçı bildirib.

"HammAli" 2024-cü ilin sentyabrında Emili adlı xanımla ailə qurub. Toy mərasimi Soçidə keçirilib və üç gün davam edib. 2025-ci il oktyabrın 17-də isə cütlüyün ilk övladı - Adam adlı oğlu dünyaya gəlib.

Musiqiçi ailə fotolarını çox nadir hallarda paylaşır və şəxsi həyatı barədə danışmamağa üstünlük verir.

Bununla belə, "HammAli" yaradıcılıq fəaliyyətini davam etdirir. Belə ki, 2025-ci ildə onun ilk solo albomu işıq üzü görüb. 2026-cı ildə isə sənətçinin bir neçə mahnısı yayımlanıb.

Qeyd edək ki, onun keçmiş duet ortağı Navai isə bir qədər fərqli yol seçib. "HammAli & Navai" dueti dağıldıqdan sonra musiqiçi solo karyerasını fəal şəkildə inkişaf etdirməyə və səhnəyə çıxmağa davam edib.

Bundan başqa, Navainin Anastasiya Mironova ilə münasibətləri də əvvəllər sosial şəbəkələrdə geniş müzakirə olunub.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər