İdris İsayev: Azərbaycanın 100-dən çox universiteti QS reytinqində yer alır
Azərbaycanın 100-dən çox ali təhsil müəssisəsi QS beynəlxalq reytinqində dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alır. Onlardan üçü ilk 800-lükdədir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev Tbilisidə keçirilən Azərbaycan universitetlərinin təhsil sərgisində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrində tədris proqramlarının müasirləşdirilməsi, maddi-texniki bazanın genişləndirilməsi və akademik potensialın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir:
"Məqsəd təhsilin keyfiyyətini yüksəltmək və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaqdır. Hətta Azərbaycan universitetləri beynəlxalq rəqabət qabiliyyətlərini artıraraq beynəlxalq təhsil məkanında mövqelərini də möhkəmləndirirlər. Ancaq əsas məqsəd yalnız beynəlxalq reytinqlərdə yer almaq deyil, bilikli və bacarıqlı mütəxəssislər yetişdirməkdir".
Nazir müavini gənclərə müraciət edərək ixtisas və universitet seçiminə xüsusi diqqət yetirməyin vacibliyini də qeyd edib:
"Əmək bazarının tələbləri dəyişdikcə bəzi ixtisasların əhəmiyyəti azalır, yeni istiqamətlər və təhsil proqramları meydana çıxır".
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













