Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər
Naxçıvan şəhərinə, Ordubad və Culfa rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçıları kollektivlərə təqdim ediliblər.
"Far.Az"un yerli bürosu xəbər verir ki, təqdimat mərasimlərində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı sərəncamlarını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
Ordubad rayon icra hakimiyyətinin başçısı Nurlan Hacıyev, Culfa rayon icra hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Anar Babayev çıxış edərək dövlət başçısının qarşıya qoyduğu tapşırıqları vaxtında və layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini vurğulayıblar.
.
Oxşar xəbərlər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













