XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Far.Az xəbər saytı

XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yayıb - YENİLƏNİB


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpen şəhərində olub.

"Far.Az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramov və onun rəhbərlik etdiyi nümayəndə heyəti İrpen şəhərinin mərkəzində yerləşən akademik Zərifə Əliyeva adına parkda Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Azərbaycanın maliyyə və humanitar dəstəyi ilə əsaslı şəkildə bərpa olunaraq yenidən istifadəyə verilmiş akademik Zərifə Əliyeva adına Liseyi və şəhər poliklinikası ilə tanışlıq olub. Müharibə nəticəsində ciddi dağıntılara məruz qalmış İrpen şəhərində həyata keçirilən bu layihələr Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın və bərpa prosesinə verdiyi töhfənin mühüm nümunələrindəndir.

Daha Azərbaycan hökumətinin dəstəyi ilə İrpendə həyata keçirilməsi planlaşdırılan mədəniyyət mərkəzinin bərpası layihəsi ilə tanışlıq həyata keçirilib.

Qeyd edək ki, İrpen şəhəri son illər Azərbaycan ilə Ukrayna arasında tarixi dostluq münasibətlərinin və humanitar əməkdaşlığın bariz nümunəsinə çevrilib. Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhərlər əlaqələrinə malik İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan park, küçə və lisey fəaliyyət göstərir, liseydə Azərbaycan dili tədris olunur.

Müxbir: Sevil Seymur

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpen şəhərində olub.

"Far.Az"un Şərqi Avropa bürosu məlumat verir ki, nazir İrpendə Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva adına parkı ziyarət edib.

Səfərdə Azərbaycan nümayəndə heyətini Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko və İrpen şəhərinin rəhbərliyi müşayiət edib.

C.Bayramov Azərbaycan tərəfindən əsaslı təmir olunan İrpen Mərkəzi poliklinikasında və Zərifə Əliyeva adına 12 saylı liseydə də olub.

Azərbaycan heyəti İrpendə müharibənin əvvəlində dağılmış mədəniyyət evində olub. Qeyd olunub ki, bu mədəniyyət evi Azərbaycan tərəfindən yenidən qurulacaq. Onun maketi və layihəsi ilə tanış olublar.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər