Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoq müzakirə olunub
Far.Az xəbər saytı

Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoq müzakirə olunub


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ilə görüşüb.

"Report" Azərbaycan XİN-ə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları təqdir edərək, ikitərəfli münasibətlərin gələcək inkişafına verilən töhfəni vurğulayıblar.

Onlar siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Görüşdə dəyişməkdə olan regional və beynəlxalq təhlükəsizlik mühiti, cari geosiyasi proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələr üzrə davamlı təmasların və praktiki əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq ediblər.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər