Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
Far.Az xəbər saytı

Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"


"Sabah" "Orhus"la matçda bərabərliyə layiq idi.

"Far.Az"xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas "Orhus"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:

"Bu gün bizim üçün çox çətin oyun oldu. Hesabda 0:2 geriyə düşdük, daha sonra fərqi azaltdıq. Bərabərlik qolunu vurmaq üçün ardıcıl hücumlar təşkil etdik. Rəqibə təzyiq edən tərəf biz idik. Bu görüşdə heç-heçəyə layiq idik. Rəqib komanda iki möhtəşəm qolla qələbə qazandı. İlk oyunda qaçırdığımız qol epizodlarını cavab matçında dəyərləndirmək istəyirik. Bir top fərqlə geridəyik və mərhələni keçmək şansımız var".

Qeyd edək ki, "Orhus" - "Sabah" qarşılaşması Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər