Finlandiya bataqlıq ərazilərin bərpasını müdafiə strategiyasının bir hissəsi kimi nəzərdən keçirir
Far.Az xəbər saytı

Finlandiya bataqlıq ərazilərin bərpasını müdafiə strategiyasının bir hissəsi kimi nəzərdən keçirir


Finlandiyada bataqlıq ərazilərin bərpası təkcə ekoloji layihə kimi deyil, həm də ölkənin müdafiəsinin mümkün elementi kimi nəzərdən keçirilir.

"Far.Az"un "Le Monde"yə istinadən məlumatına görə, fin mütəxəssislər hesab edirlər ki, potensial münaqişə halında bataqlıq ərazilər hərbi texnikanın hərəkətinə mane ola biləcək.

Ölkədə bərpa edilə bilən təxminən 180 000 hektar bataqlıq ərazi var. Finlandiya hazırda əvvəllər kənd təsərrüfatı, meşə təsərrüfatı və energetika üçün qurudulmuş 4,7 milyon hektar bataqlıq ərazinin təxminən 60 000 hektarını bərpa edib.

Təşəbbüsə şərqdən gələn təhdidlərlə bağlı artan narahatlıqlar fonunda əlavə diqqət ayırılıb. Finlandiya Rusiya ilə təxminən 1 340 kilometr sərhədə malikdir.

Finlandiya ordusu rəsmilərinin sözlərinə görə, bataqlıq ərazilər və meşələr də daxil olmaqla təbii maneələr potensial düşmənin irəliləmə yollarını məhdudlaşdıra və müdafiə əməliyyatlarının planlaşdırılmasına təsir göstərə bilər.

Bununla yanaşı, Ətraf Mühitin Mühafizəsi Nazirliyi qeyd edir ki, hərbçilər əvvəlcə bu ideyaya ehtiyatla reaksiya veriblər, lakin ekoloji məqsədləri müdafiə məqsədləri ilə birləşdirmək imkanı dəstək alıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər