65 yaşlı qadın odun parçası ilə öldürüldü - Qardaşı oğlu saxlanıldı
Far.Az xəbər saytı

65 yaşlı qadın odun parçası ilə öldürüldü - Qardaşı oğlu saxlanıldı


Tovuz Rayon Prokurorluğu rayonda silahlı insidentlə bağlı məlumat yayıb.

Far.Az xəbər verir ki, avqustun 6-sı Tovuz rayonunun Əli Mərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb, Ü.İsayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Qeyd edək ki, qafqazinfo-nun məlumatına görə, Ü.İsayevin M.İsayevanın qardaşı oğlu olduğu bildirilir.

Fotoda Məhəbbət İsayeva

65 yaşlı qadın odun parçası ilə öldürüldü - Qardaşı oğlu saxlanıldı

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər