"Bəniz" ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ
Far.Az xəbər saytı

"Bəniz" ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ


Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Far.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Aybəniz Xəlilova 10 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Aybəniz Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmiş X.Kərimov "Bəniz" ləqəbli tiktoker barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.

Tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürülərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan 836 min manat tələb edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər