Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq
Bu gün ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
"Far.Az" "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 7-də paytaxtda və bəzi regionlarda elektrik şəbəkəsində əsaslı təmir, yenidənqurma işləri aparılacaq.
Bakının Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Səhhət, Aşıq Qurban, Marat Əmirxanov, İsgəndər Aznaurov, Rəşid Bağırov, Zakir Yusifov, Oqtay Vəliyev küçələrinin bir hissəsində saat 09:00-dan 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli, Maqsud Əlizadə və Xan Şuşinski küçələrində, Koroğlu Rəhimov və Aşıq Alı küçələrinin kəsişməsində yerləşən yaşayış ərazisində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə Suraxanı rayonu Hövsan qəsəbəsində saat 10:00-dan 13:00-dək İlqar Əhlimanov küçəsinin bir hissəsini əhatə edəcək.
Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir və budanma işləri ilə əlaqədar saat 09:00-dan 13:00-dək bəzi küçələrdə məhdudiyyət tətbiq ediləcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirib
-
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
-
"Bəniz" ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ
-
Konfrans Liqası: "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
-
Pensiyalar bu tarixdə veriləcək
-
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar...













