Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb
Qızılın qiyməti oktyabr ayının yekunlarına görə 7%-dən çox ucuzlaşıb. Bu, 2008-ci ildəki qlobal maliyyə böhranından bəri oktyabr ayı üçün ən pis göstəricidir.
"Far.Az" xəbər verir ki, bu barədə "İzvestiya" nəşri yazıb.
Nəşrin məlumatına görə, 2026-cı ilin əvvəli qiymətli metal üçün olduqca uğurlu olub. Yanvar ayında qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 5 626,8 dollara çataraq tarixi maksimuma yüksəlib. Lakin Yaxın Şərqdəki böhran və faiz dərəcələrinin artırılması fonunda qiymətlər sürətlə aşağı düşməyə başlayıb.
Payıza doğru qızılın qiyməti təxminən 28% azalıb, oktyabr isə son 18 ilin ən uğursuz ayına çevrilib.
Oktyabrda qiymətli metalın dəyəri 7,3% ucuzlaşıb. Belə kəskin aylıq azalma sonuncu dəfə 2008-ci ildə qeydə alınıb. Oktyabrın 30-da qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 876,39 dollara düşüb. Bu, 2025-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir.
Noyabrın əvvəlində itkilərin bir hissəsini kompensasiya etmək cəhdinə baxmayaraq, ümumi ucuzlaşma tendensiyası davam edib. Noyabrın 6-na olan məlumata görə, qızılın qiyməti 4 045 dollar təşkil edib.
Qiymətli metalın dəyərinin uzun müddət 4 000 dollar həddindən aşağı qalması investorlar üçün ciddi sınağa çevrilə bilər. Bu, xüsusilə qızılla təmin olunan birja investisiya fondlarının zərərlə üzləşməsinə səbəb ola bilər. Belə fondların ehtiyatlarına cari ildə təxminən 150 ton qızıl əlavə edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













