Vaşinqton görüşündən sonrakı 1 il göstərdi ki, Azərbaycanın addımları tam sülhə yönəlib - RƏY
Vaşinqton razılaşmasından keçən 1 il göstərdi ki, Azərbaycan tamamilə haqlı idi və bu yolda atdığı addımlar tam sülhə, regionda təhlükəsizliyin təmin olunmasına yönəlib.
Bu fikirləri "Report"a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra regionda sülhün bərpa olunmasında maraqlı idi:
"Suverenliyin bərpasından sonra da bir sıra layihələrlə sülh istiqamətində ilk addımlarımızı atmışdıq. Ermənistan da başa düşdü ki, regionda böyük bir oyunçu ilə üzləşir. Onu məcburiyyət qarşısında qoyduq. Bir il bundan əvvəl Vaşinqtonda paraflanmış sənəd göstərir ki, bizim həm hərbi, həm də diplomatik sahədə atdığımız addımlar tam reallığa və həqiqətə uyğun idi".
"Bununla belə, bizim apardığımız əsas diplomatiya, dövlət başçısı tərəfindən atılan çox mühüm addımlar sülh sənədinin paraflanmasına gətirib çıxarıb. Yəni biz onlara sübut edə bildik ki, təməlli sülhün və təhlükəsizliyin tərəfdarıyıq. Həmçinin əgər Ermənistan bundan sonra da dalan vəziyyətinə düşmək istəmirsə, gərək düzgün yol seçsin. Ötən bir il ərzində onların da bəzi addımlar atdığını görə bildik. Amma Ermənistan tərəfindən həll olunmalı olan bütün məsələlər həllini tapmalıdır".
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sənədlər imzalandı. Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in razılaşdırılmış mətnini parafladılar. Ardınca liderlərin iştirakı ilə Birgə Bəyannamə imzalandı.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













