ING: Azərbaycanda inflyasiya artımı pul-kredit siyasətini sərtləşdirə bilər
Far.Az xəbər saytı

ING: Azərbaycanda inflyasiya artımı pul-kredit siyasətini sərtləşdirə bilər


Azərbaycanda inflyasiyanın artması pul-kredit siyasətini sərtləşdirə bilər.

Bu barədə "Far.Az"a Niderlandın "ING" qrupunun Qafqaz, Mərkəzi Asiya və Rusiya üzrə baş iqtisadçısı Dmitri Dolqin bildirib.

Bununla yanaşı o qeyd edib ki, Azərbaycan xarici inflyasiyanın çox yaxşı sabitləşdiricisinə malikdir.

"Lakin, digər tərəfdən, Azərbaycan Qafqaz və Mərkəzi Asiyanın digər ölkələrinə nisbətən Aİ və ya Çin kimi ticarət tərəfdaşlarının təsirinə daha çox məruz qalır ki, bu da inflyasiya səviyyəsinə təsir göstərə bilər", - D. Dolqin qeyd edib.

İqtisadçının sözlərinə görə, inflyasiya 6% olan hədəf diapazonunun yuxarı həddindən davamlı olaraq kənara çıxdıqda, faiz dərəcəsinin artırılmasına ehtiyac yaranacaq.

Qeyd edək ki, "ING Group" mənzil-qərargahı Amsterdamda yerləşən və 1991-ci ildə əsası qoyulan Niderland beynəlxalq bank və maliyyə xidmətləri qrupudur.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
ING: Özəl investisiyalar Azərbaycan iqtisadiyyatının artımını sürətləndirəcək
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər