Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı
Qazaxda iki nəfər bıçaq xəsarəti alıb.
Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakinləri, 30 yaşlı N. Mustafayev və C. Kazımov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
TƏBİB-dən verilən məlumata görə, noyabrın 21-də saat 20:30-də iki kişi Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bildirilib ki, 30 yaşlı şəxsə bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Hazırda onun müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
32 yaşlı digər şəxsə isə sol əlin baş barmağının kəsilmiş yarası diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Polisin keçirdiyi tədbirlər nəticəsində N. Mustafayev və C. Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"













