"Milan" Leandro Paredesə rəsmi təklif göndərib
Far.Az xəbər saytı

"Milan" Leandro Paredesə rəsmi təklif göndərib


İtaliyanın "Milan" klubu Argentina təmsilçisi "Boka Xuniors"unun yarımmüdafiəçisi Leandro Paredesi transfer etmək niyyətindədir.

"Far.Az" ESPN-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 32 yaşlı futbolçunun keçidi ilə bağlı Argentina klubuna artıq rəsmi təklif göndərib.

Keçidin baş tutması üçün "Milan" yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtlərini də razılaşdırmalıdır.

Bununla yanaşı, İtaliya klubu heyətdəki sıxlığı azaltmalıdır. L.Paredesin transferi yalnız komandadakı bir neçə yarımmüdafiəçi satıldıqdan sonra gerçəkləşə bilər.

Qeyd edək ki, "Boka Xuniors"a qayıdan L.Paredes bu komandada keçirdiyi 42 matçda 4 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər